Haqqımızda
Naftalanla müalicənin inkişaf tarixi haqqında qısa məlumat.
XIX əsrin sonlarında Alman istehsalı olan Naftalan etiketli Azərbaycan möcüzəsinin dünyanın bir sıra ölkələrində o cümlədən Almaniya İngiltərə, Fransa, Yaponiya, Avstriya və s. Məhşur olduğu tarixi faktır. Drezden Aksioner cəmiyyəti tərəfindən nəşr etdirilən kitab Naftalanın tibbi tətbiqinə həsr olunmuşdur ki, burada Eqerin məqalələrindən başqa 600-dən artıq həkimin Naftalanın müalicəvi əhəmiyyəti haqqında fikirləri yer almışdır. Təsadufi deyildir ki, məhşur alman dermatoloqu P.Q.Unna 1903-cü ildə demişdir ki, kimin Naftalanı varsa, onun hır şeyi var. Naftalanın Rusiyada məhşurlaşmasında bioloji və müalicəvi təsir xüsusiyyətlərinin öyrənilməsində Azərbaycan alimlərində Ş.M.Həsənov, A.İ.Qarayev, A.S.Həsənov, K.E.Eqerov, A.X.Quliyev, T.Q.Paşayev, E.M.Əfəndiyev, B.A.Eyvazov, S.M.Salixov, İ.M.İsmayılzadə, D.Q.Təqdisi, S.A.Quliyeva və başqalarının çox saylı elmi təhqiqatları əhəmiyyətli yer tutur. 1965-ci ildə Naftalanı daha dərindən öyrənmək məqsədilə yaradılan Elmi təhqiqat laboratoriyasının əsası 1936-cı ildə qoyulmuşdur. Bu addım Naftalan sanatoriyasını daha sürətlə inkişaf etməsinə səbəb oldu. Bunu nəticəsidiki keçmiş sovet respubilkalarından Naftalan vannaları qəbul etmək üçün Azərbaycana gələnlərin sayı onminlərlə idi. Misal üçün qeyd edək ki, 1987-ci il üçün rəsmi olara müraciət edən xəstələrin sayı 70099 nəfər olmuşdur.
Artıq 100 ildən çoxdur ki, Naftalan öyrənilir və tətbiq edilir. Indiyədək Naftalanla bağlı 2700-dən artıq elmi iş, çoxlu sayda monoqrafiyalar, o cümlədən 270 yaxın namizədlik və doktorluq işləri görülmüşdür. Hal-hazırda Naftalan nefti bir sıra xəstəliklərin müalicəsində həkim, mütəxəssislər tərəfindən uğurla tətbiq edilməkdədir.
2002-ci ildə bakıda fəaliyyətə başlayan Naftalan Sağlamlıq Mərkəzi XXI əsrin başlanğıcında tarixin sınağından çıxmış bu möcüzəli müalicə vasitəsinin Naftalanı yenidə tətbiq və təbliğ etmək missiyasını öz öhtəsinə götürmüşdür. Komplek müayinə metodları vasitəsilə naftalanla müalicəyə tibbi göstəriş və əks göstərişləri daha düzgün müəyyən edilməsi, nafatlan vannalarının müassir fizioterapevtik müalicə üsulları ilə kombinə olunmuş şəkildə tətbiqi, tibbi personalın diqqət və qayğısı, o cümlədən adekvat şərait, Naftalan Sağlamlıq Mərkəzində xəstələrin müalıcəsində daha effektiv nəticələr əldə olunmasına şərait yaradır.
Xəbərlər
İSİM-də “Səhiyyə sahəsində Kommunikasiya və PR” mövzusunda 6-cı görüş keçirildi [2008-11-24]
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin təşkilatçılığı ilə dövlət qurumları, yerli QHT-lər, beynəlxalq təşkilatların nümayəndələri ilə “Səhiyyə sahəsində Kommunikasiya və PR” mövzusunda növbəti, 6-cı görüş keçirildi. >>>
Axtarış
Əlaqə
© BM Texnologiya 2008